Kürdəmirdə avtomobil beton maneəyə çırpılıb, xəsarət alan var

7 Sentyabr 2019 18:46 (UTC+04:00)

Kürdəmir rayonunda yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Qazax rayon sakini, 1975-ci il təvəllüdlü Musayev İsa Zakir oğlunun idarə etdiyi "Xəzər" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə onun avtomobildə həyat yoldaşı, 1978-ci il təvəllüdlü Vəkilova Gülçin Murad qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.