İmişlidə qəza zamanı maşın yoldan çıxaraq aşıb

8 Sentyabr 2019 10:34 (UTC+04:00)

İmişli rayonunda qəza zamanı maşın yoldan çıxaraq aşıb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Əlyetməzli kəndindən keçən hissəsində baş verib.

1995-ci il təvəllüdlü Seyidov Mircəlal Mirheydər oğlu idarə etdiyi "30-EK-754" dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan 1971-ci il təvəllüdlü sərnişin Seyidova Gülşən Sabir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.