Abşeronda narkotik bitkilərin satışı və əkini ilə məşğul olan şəxslər saxlanılıb - FOTO

8 Sentyabr 2019 16:33 (UTC+04:00)

Abşeronda narkotik bitkilərin satışı və əkini ilə məşğul olan şəxslər saxlanılıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, bununla bağlı əməliyyatı Mehdiabad Polis Bölməsi həyata keçirib.

Polisin keçirdiyi digər əməliyyatla, Məmmədli kənd sakini 44 yaşlı Nəriman Rəhimov saxlanılıb. O, öz yaşadığı evin həyətyanı sahəsində xüsusi qaydalarla narkotik tərkibli bitkini əkib-becərdiyinə görə tutulub. Saxlanılaraq polis bölməsinə gətirilən şəxs narkotik bitkini şəxsi istifadə üçün əkdiyini və əməlindən peşman olduğunu bildirib.

Digər əməliyyat axtarış tədbirləri ilə Məmmədli kəndində narkotik bitkini xüsusi qaydada əkib becərən kənd sakini Absert Rzayev saxlanılıb. A.Rzayev maddi sübutlarla birlikdə polis bölməsinə gətirilib. O, əldə etdiyi narkotik tərkibli bitkiləri satmaq üçün saxladığını etiraf edib. 

Hər iki faktla bağlı Mehdiabad Polis Bölməsində araşdırmalar aparılır.