Bakıda 26 yaşlı gənc bıçaqlanıb

8 Sentyabr 2019 17:04 (UTC+04:00)

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"xəbər verir ki, hadisə Binəqədi rayonunda olub.

Belə ki, 1993-cü il təvəllüdlü Rzayev Fərrux Elşən oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım maşını vasitəsilə ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarasıdiaqnozu qoyulub və əməliyyat edilib.