Azərbaycanda DƏHŞƏT: Kanala düşən avtomobildə 5 nəfər boğularaq öldü

9 Sentyabr 2019 09:45 (UTC+04:00)

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Movqe.az report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.

Qəza zamanı "Opel" markalı minik avtomobili yoldan çıxaraq su kanalına düşüb.

Hadisə nəticəsində avtomobildə olan 5 nəfərin öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.