Zarat postu yaxınlığında qəza - 4 nəfər xəsarət aldı, 2-si Bakıya göndərildi (FOTO)

9 Sentyabr 2019 13:44 (UTC+04:00)

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza ötən gün Quba-Bakı istiqamətində, Zarat postu yaxınlığında qeydə alınıb. "Lada" markalı avtomobil idarəetməni itirməsi nəticəsində aşaraq yolun kənarına düşüb. Qəzada 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə və Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Onlar, 1982-ci il təvəllüdlü Seyfəliyev Bəhruz Höküməddin oğlu onurğa və sağ budun küt travması, 1994-cü il təvəllüdlü Qadaşov Aqil Əsgər oğlu açıq kəllə-beyin travması, təpə sümüyü və alt çənənin sağ nahiyəsinin sınığı, döş qəfəsinin küt travması, sağ said sümüklərinin çoxsaylı sınığı, 1990-cı il təvəllüdlü Babayev Məsbulla Ədalət oğlu başın təpə nahiyəsinin sıyrılmış yarası, döş qəfəsi və sol budun küt travması, 1987-ci il təvəllüdlü babyev Xəzər Əlixan oğlu qapalı kəllə-beyin travması, başın sağ tərəfinin yarası və alın nahiyəsinin böyük həcmli yırtığı xəsarətləri alıblar.

Xəstələrdən ikisi - M.Babayev və A Qadaşov gecə 01 radələrində radələrində Bakıya 1 Saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Mərkəzdən verilən məlumata görə, hər iki şəxs reanimasiya şöbəsindədir, müalicələri davam edir.