Kürdəmirdə stoldan yıxılaraq ağır xəsarət alan 3 yaşlı körpə ölüb

10 Sentyabr 2019 15:12 (UTC+04:00)

Kürdəmir rayonu, Sığırlı kəndində stoldan yıxılaraq ağır xəsarət alan 3 körpə uşaq ölüb.

“Report”un xəbərinə görə, qapalı kəllə-beyin travması alan 2016-cı il təvəllüdlü İlham Eminovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, uşaq evdə masanın üzərindən nəzarətsiz qaldığı üçün yıxılıb.