Emin Mahmudovdan "danışılmış oyun" iddiasına reaksiya - "əsl alverçi millət..."

10 Sentyabr 2019 15:35 (UTC+04:00)

Azərbaycan milli komandası futbol üzrə AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya ilə oyunda ilk xalını qazanıb - 1:1.

Goal.az xəbər verir ki, millimizin dünya vitse-çempionlarından xal alması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi azarkeşlər oyunun satıldığını, danışılmış oyun olduğunu iddia ediblər.

Azərbaycan millisinin və Neftçi-nin futbolçusu Emin Mahmudov bu fikirlərə münasibət bildirib:

"3 il Azərbaycandayam və həmişə eşidirəm: ya oyunu alıblar, ya da satıblar. Əsl alverçi millət kimi özümüzü aparırıq. Amma kimdən soruşsan, "sübut elə, mən də qəbul edim!". Suala heç kim cavab vermir. Deyəcəklər, hansısa çayxanada eşitmişəm. Uşaqların əziyyətini yerə vurmaq lazım deyil, özümdən danışmıram, mən heçnə etməmişəm dünən, amma uşaqlar çox əziyyət çəkdilər".