Messi Bekhemin klubuna keçə bilər

10 Sentyabr 2019 21:25 (UTC+04:00)

2020-ci ildən ABŞ-ın MLS liqasında mübarizə aparacaq İnter Miami klubu Barcelona-nın futbolçusu Lionel Messi ilə maraqlanır.

Goal.az xəbər verir ki, klubun prezidenti olan İngiltərə millisinin sabiq üzvü Devid Bekhem argentinalı oyunçu ilə İnter Miami-yə keçidi haqda danışıb. Bekhemin Messiyə yüksək məbləğli müqavilə təklif etdiyi bildirilir.

Bekhemin bir müddət əvvəl Barcelona-dan Luis Suares və Serxio Busketslə də maraqlandığı iddia olunurdu.