Dövlət satınalmalarında şəffaflığın artırılmasına yardım göstəriləcək

10 Sentyabr 2019 17:00 (UTC+04:00)

“İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Dövlət satınalmalarında şəffaflığın artırılmasına yardım göstərilməsi” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi dövlət satınalmalarında şəffaflığın təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə mövcud problemlərin həllinə nail olunması üçün islahatlar gündəliyi formalaşdırılması. Layihə çərçivəsində “Dövlət satınalmaları haqqında” qanunun antikorrupsiya ekpertizası, dövlət satınalmalarının vahid internet portalının monitorinqi aparılacaq. Bundan başqa bir sıra dövlət qurumlarının satınalmaları monitorinq ediləcək. Bu tədqiqatların nəticəsi kimi satınalmalarda şəffaflığın artırılması məqsədilə Təkliflər Paketi hazırlanacaq. Bütün maraqlı tərəflərin rəyinin alınması üçün dəyirmi masa müzakirələri keçiriləcək. Müzakirələrin yekunu kimi Təkliflər Paketi hökümətə təqdim olunacaq. “Dövlət satınalmalarında şəffaflığın artırılmasına yardim göstərilməsi” layihəsi Azərbaycan Açıq Hökümət Platforması ilə birgə icra olunacaq.