Mövsümün ilk səyyar satışı baş tutdu - FOTO

11 Sentyabr 2019 13:30 (UTC+04:00)

Sentyabr ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm öncəsi mövsümi mineral gübrələrin, xüsusən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd, gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır. İlk səyyar satış sentyabr ayının 10 da Şəmkirin ucqar dağ kəndi olan Ələsgərli kəndində həyata keçirilmişdir. Ələsgərli kəndindəki satış zamanı 30 dan çox vətəndaş müraciət etmiş və 30,700 ton ammofos gübrəsi satılıb.

Sentyabrın 11-də Şəmkirin Yenigöyçə kəndində, 12 -də isə Şəmkirin Çənlibel kəndində səyyar satış xidməti həyata keçiriləcək. Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edirlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 çağrı mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.