ABŞ-da yük təyyarəsi qəzaya uğradı

11 Sentyabr 2019 16:35 (UTC+04:00)

ABŞ-ın Ohayo ştatında yük təyyarəsi qəzaya uğrayıb.

Trend-in məlumatına görə, təyyarə Tolido hava limanı yaxınlığında yerə düşdükdən sonra yanmağa başlayıb.

Qəzaya uğrayan təyyarədə iki nəfər olub, onların taleyi məlum deyil.

Hazırda pilotların axtarışları aparılır. Qeyd olunur ki, təyyarə avtomobil ehtiyat hissələri aparırdı.