Zərifdən Boltonun gedişinə "müharibəli" reaksiya: "Xidmətçinin qovulması..."

11 Sentyabr 2019 18:14 (UTC+04:00)

İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif Ağ Evin Milli Təhlükəsizlik üzrə Məsləhətçisi Con Boltonun vəzifəsindən gedişi ilə Vaşinqtonun Tehrana qarşı təzyiqləri sona çatdırmasının vacib olduğunu deyib.

Movqe.az xəbər verir ki, nazir bu barədə tvitter hesabında paylaşım edib.

ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo və Maliyyə naziri Stiven Munçun Boltonun istefasından sonra təşkil etdikləri mətbuat konfransında İrana qarşı təzyiqi artıracaqları açıqlamasına sərt reaksiya verən Zərif mesajında bu sözləri yazıb:

“Boltonun təşvişə düşmüş ortaqlarından başqa, B komandasının Ağ Evdəki xidmətçisinin qovulması ilə rahat nəfəs alan Pompeo və Munç İrana qarşı iqtisadi terrorizmi daha da artıracaqlarını açıqlayıb. Müharibəyə susamışıq və təzyiq baş müharibə çığırğanı ilə birlikdə getməlidir”.

Qeyd edək ki, Con Boltonun istefasını ABŞ prezidenti Donald Tramp açıqlamışdı. Boltonla Tramp arasında, xüsusilə, İran və Venesuela mövzularında fikir ayrılığının yaşandığı bildirilirdi.