Sabunçu qəsəbəsində bir qrup abonentin təbii qaz təchizatı dayandırılıb

12 Sentyabr 2019 10:36 (UTC+04:00)

Sentyabrın 12-də saat 10:00-dan etibarən Sabunçu rayonunun Sabunçu qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılıb. Bu müddət ərzində “Sabunçu-əhali” orta təzyiqli qaz xəttinin kipliyə sınaq işləri icra olunacaq.

Movqe.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.