Avtomobil qəzası zamanı qaz xətti zədələndi

12 Sentyabr 2019 11:00 (UTC+04:00)

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametri 159 mm olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb. Baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə start verilib. Təmir başa çatana qədər həmin ərazidə 2 min istehlakçının qaz verilişində fasilələr tətbiq olunacaq.