Bakı metrosu gələn il də yeni qatarlar alacaq

12 Sentyabr 2019 12:59 (UTC+04:00)

Bakı metrosu gələn il yeni qatarlar alacaq.

Movqe.az-ın məlumatlna görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Sədr müavini bildirib ki, müəyyən araşdırmalardan sonra gələn il alınacaq qatarların sayı məlum olacaq.

Qeyd edək ki, 2019-cu ildə "Bakı Metropoliteni" QSC 30 yeni vaqon alaraq istismara verib.