Almaniya Bundestaqının prezidenti Azərbaycana səfərə gələcək

12 Sentyabr 2019 13:37 (UTC+04:00)

Almaniya Bundestaqının (parlament) prezidenti Volfqanq Şoyblenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. 

“Report”un Avropa bürosunun məlumatına görə, gələn ilin əvvəlində reallaşması nəzərdə tutulan səfərin dəqiq tarixi yaxın aylarda məlum olacaq. 

Səfər zamanı V.Şoyble Bakıda bir sıra rəsmi görüşlər keçirəcək, tədbirlərə qatılacaq.