Bakıda çoxmərtəbəli binada yanğın olub

12 Sentyabr 2019 14:53 (UTC+04:00)

Bakıda çoxmərtəbəli binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının on yeddinci mərtəbəsində quraşdırılan elektirik lövhəsində 5 ədəd elektirik sayğacı və 3 ədəd elektirik açarı yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.