Bakıda avtomobil dirəyə çırpıldı, 2 nəfər xəsarət aldı

12 Sentyabr 2019 15:33 (UTC+04:00)

Bakıda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Bakı dairəvi yolunda baş verib.

"Mercedes" markalı minik avtomobili idarəetməni itirib və nəticədə yolun kənarındakı dəmir hasara çırpılıb.

Hadisə nəticəsində 2 nəfər, 23 və 27 yaşlı qadınlar kəllə beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.