Masallı rayonunda ənənəvi xeyriyyə aksiyası

12 Sentyabr 2019 18:35 (UTC+04:00)

12 sentyabr 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında ənənəvi  xeyriyyə akçsiyası keçirilmişdir.
Qeyd edək ki,  bu dəfəki xeyriyyə aksiyasında  ehtiyaclı ailələrdən olan məktəblilərə yeni 2019-2020  - ci tədris ili ilə əlaqədar təzə geyim, qiymətli hədiyyə, "Masallı düyüsü" verilməsi hədəf olmuşdur.
Xeyirxah insanların, iş adamlarının əlbirliyi ilə Masallı rayonu üzrə ümumiyyətlə, 500-ə qədər məktəblinin ehtiyacını təmin etmək nəzərdə tutulmuşdur. Və bu məqsədə nail olunmmuşdur. 20 ailədən çox 50 uşaqla, onların valideynləri ilə görüşmək üçün Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, jurnalistlər bir araya gəlmişlər.
Bu gün uşaqlarla, onların valideynləri ilə görüşən  Masallı Rayon İcra Hakimiyyətinin başçısı  Rafil Hüseynov demişdir ki, yeni dərs ili hər şagirdin həyatında əlamətdar hadisədir. Söhbət təkcə şagirdin yaxşı geyinməsindən getmir, həmçinin cəmiyyətdə hər uşağın oxuyub savadlı olması əsas şərtdir. Bu gün onlara kömək olunursa, sabah bu xeyirxahlığı onlar digərləri üçün edəcək. 
Masallı Rayon İcra Hakimiyyətinin başçısı görüş iştirakçıları olan şagirdlərə gələcəkdə onlara belə oxumağı tövsiyə edib bildirdi ki, sizin sevinciniz mənim də sevincimdir. Yaxşı oxuyun, valideynlərinizə köməkçi olun, bilikli tərpənin. Hökmən deyil ki, ali təhsil alasınız. Amma, bilikli olun. Müasir həyat Sizin hər birinizdən bunu tələb edir. Valideynlər isə öz növbələrində uşaqlarının dərslərində otursunlar, onların təlim-tərbiyəsi, bilikləri necə mənimsəməsi ilə məşğul olsunlar, maraqlansınlar. Yeni dərs ilində hər birinizə yalnız yaxşı oxumağı, bilikli olmağı arzu edirəm!
50 uşağa geyimlər, pul hədiyyəsi, Masallının istehsalı olan düyü məhsulu hədiyyə verildi.
Valideynlərdən - Çaxırlı kəndindən Gülnaz Xəlilova, Hişkədərə kəndindən Aysel Məmmədova və başqaları qayğıya göprə rayon rəhbərinə minnətdarlıq etdilər. Valideynlər və onların məktəbli uşaqları  ölkəmizdə gənc nəslə qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və onun xanımı, Birinci vitse - prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə etdilər.
Axırda xatirə şəkilləri çəkilmişdir.
                                                           

Əlihüseyn Şükürov.