Gənc ata bir yaşlı körpəsini çaya atdı

12 Sentyabr 2019 19:10 (UTC+04:00)

İngiltərədə 22 yaşlı ata bir yaşlı körpəsini körpüdən çaya atıb.

Mançesterdə qeydə alınan hadisə ölkə gündəmini alt-üst edib.

Məlumata görə, ata övladını zənbildə çaya atdıqdan sonra içki içməyə gedib. 

Ətrafdakı insanların köməyilə körpə sudan çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

22 yaşlı şəxsə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.