Biləsuvarda bir neçə kiçik müəssisənin qaz təchizatı dayandırıldı

13 Sentyabr 2019 10:00 (UTC+04:00)

Biləsuvar rayonunda M.İbrahimov küçəsində diametri 57 mm olan qaz xəttini minik avtomobili ilə vuraraq qırıblar. Hadisə yerinə yol polisi əməkdaşları da gəlib. Baş verənlər sənədləşdirilib. Qəza zamanı 25 qeyri-əhali qrupuna daxil olan abonentin (çörək, qənnadi istehsalı ilə məşğul olan müəssisələr və başqaları) qaz təchizatı dayandırılıb.