Turizm Azərbayсana daha çox valyuta qazandıracaq

13 Sentyabr 2019 09:49 (UTC+04:00)

Turizm Azərbaycanda valyuta gətirən əsas sahələrdən birinə çevrilir. Ölkəmizə səfər edən əcnəbilərin sayının artması, onların burada xərclədiyi vəsatin dəyərinin yüksəlməsi turizmin iqtisadiyyatda rolunun artmasına səbəb olur.

2019-cü ilin yanvar-avqust aylarında Azərbaycana səfər edən xarici vətəndaşların sayı illik müqayisədə 8,3% artaraq 2,1 milyona çatıb. Ötən ilin statistikası göstərdi ik, turistlər Azərbaycanda 2,6 milard dollardan çox pul xərcləyib.

Azərbayca gələn əcnəbilərin sayında 2016-cı ildən davamlı artım müşahidə olunur. Həmin ildə ölkəmizə 2,25 milyon əcnəbi səfər edib. 2017-ci ildə bu göstərici 2,7 milyon nəfərə, 2018-ci ildə 2,85 milyon nəfərə yüksəlib. Proqnoza əsasən ölkəmizə gələn turislərin sayı 2019-cu ildə 3 milyon nəfəri ötəcək. 

Ölkəmizin 2018-ci ildə turizmdən gəliri 2,634 milyard dollar, xərci 2,284 milyard dollar, müsbət fərq 350 milyon dollar təşkil edib. 2017-ci ildə turizm gəliri 3,01 milyard dollar, turizm xərci 2,658 milyard dollar, müsbət fərq 353 milyon dollar olub. 2016-cı ildə turizm xidmətlərindən gəlirimiz 2,713 milyard dollar, turizmə xərcimiz 2,494 milyard dollar, müsbət fərq 219,7 milyon dollar təşkil edib. 2015-ci ildə isə turizm gəlirimiz 2,31 milyard dollar, xərcimiz 2,6 milyard dollar, mənfi fərq 293 milyon dollar olub.

Turist səfərlərinin sayının artması bu sahədə yaradılan əlavə dəyərin həcminin artmasına imkan verir. 2014-cü ildə turizm sektorunda 2,4 milyard manatlıq əlavə dəyər yaradılıb. Bu göstərici 2018-ci ildə 3,46 milyard manata yüksəlib.

Turizm əhalinin məşğulluğunun artmasına da töhvə verir. 2014-cü ildə turizm sektorunda 42 min insan çalışırdısa, 2018-ci ildə sektorda çalışanların sayı 53,2 mini ötüb. Bu il tursitlərin sayının artması fonunda mühüm göstəricilərin artmasını gözləmək olarmı? Turizm əsas valyuta gətirən sahələrdən birinə çevriləcəkmi?

Məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan Turizm Assosasiyasının müşaviri Müzəffər Ağakərimov dedi ki, Azərbaycana gələn turistlərin sayı, turizm sektorundan əldə edilən gəlirlər ildən-ilə artacaq. Onun qənaətincə bunun da başlıca səbəbi turizmlə bağlı hökumət tərəfindən həyata keçirilən ardıcıl siyasətlə bağlıdır: “Bu sahəyə dövlətin dəstəyi var. Otellərin inşasında, yeni turuzm növlərinin inkişafında dövlət dəstək verir. Turist səfərlərinin asanlaşdırılması məqsədilə dövlət viza alınmasını sadələşdirib. Ona görə də turizm inkişaf edir.

Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, ilk növbədə idman yarışları, musiqi festifalları, mədəniyyət tədbirləri, konqresslər, simpoizmlər və digər beynəlxalq səviyyəli tədbirlər ölkəmizə gələn turuistlərin sayını artırır”.

Müxtəlif ölkələrdən gələn turistlərin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdığıbı söyləyən M.Ağakərimov bu yeniliyin Azərbaycana gələn turislərin sayının ildən-ilə artacağının xəbərçisi olduğunu qeyd etdi: “Strateji yol xəritəsində göstərildiyi kimi Azərbaycan 2025-ci ildə dünyanın 20 ən yaxşı inkişaf edən turizm ölkəsindən birinə çevriləcək. Mövcud şərait həm Qərdən,həm də Şərqdən olan turisləri cəlb edir. Azərbaycanda turizm infrasturkturu və müxtəlif turizm növləri inkişaf edir, eyni zamanda Azərbaycan xalqının qonaqpərvərliyi və Azərbaycanın sabit ölkə olması turist səfərlərinə müsbət təsir edir.

Azərbaycan həm təbiətinə, həm coğrafi mövqeyinə, həm də sabitliyinə görə unikal ölkədir. Turistlər, xüsusilə də ailələri ilə o ölkəyə üz tuturlar ki, orada sabitlik, insanlara, əcnəbilərə münasibət yüksək səviyyədə olsun.

Azərbaycan turizm şirkətləri daha da püxtələşir, göstərdikləri xidmətlərin keyfiyyəti, turizm növlərinin sayı artır. Əvəllər Azərbaycanda turizm növləri az idi. Sonradan qış turizm növü inkişaf etdirildi. Tufandağda, Şahdağda, Qusarda və digər yerlərdə qış turizminin inkişafını müşahidə edirik.

Azərbaycanda çimərlik turizm növü getdikcə inkişaf edir. Müxtəlif yaşıl kənd turizm növləri də inkişaf edir. Turistlərin bir çoxu Şəkidə, Qusarda, Qubada, Qəbələdə fərdi evlərdə də qalırlar. Bu da kənd turizminin inkişafı üçün yaxşı amildir”.

Həmsöhbətimiz bildirdi ki, Azərbaycana daha çox turist cəlb etmək üçün və turizmdən daha çox pul qazanmaq üçün sağlamlıq turizmi inkişaf etdirilməlidir: “Azərbaycanda sağlamlıq turizmi getdikcə inkişaf edir. Biz bunu Qalaaltı, Duzdağ, Naftalanda görürük. Naftalanda artıq otel də fəaliyyət göstərir. Gələcəkdə bu otellərin sayı arta bilər. Sağlamlıq turizminin digər mənbələri də inkişaf edir. Azərbaycanda Termal və Sağlamlıq Turizmi Assosasiyası fəaliyyət göstərir.

Masallıda, Lənkəranda istisu mənbələri yaxınlığında yeni otellər tikilib. Bu da sağlamlıq turizminin inkişafı üçün imkanlar yaradır.

Turizмin müxtəlif növlərinin inkişafı müxtəlif ölkələrdən turist cəlbini artıra bilər. Bu sahəni daha da genişləndirmək olar, mövcüd vəziyyət bizi arxayın salmamalıdır. Sağlamlıq turizmini daha da inkişaf etdirmək olar. Sağlamlıq məqsədilə gələn turistlər iki-üç gün deyil, ən azı 14 gün qalır. Bu da ölkəyə daha çox valyuta gətirir”.

M.Ağakərimov söylədi ki, turizm növlərinin inkişafı, yeni otellərin inşaası iş yerlərinin sayını da artırır: “Turizmin inkişafı yeni iş yerləri deməkdir. Bu nəinki Bakı şəhərində, həm də regionlarda yeni iş yerləri deməkdir. Regionlarda turizmi inkişaf etdirməliyik, bunun üçün dövlətin dəstəyi də var. Dövlət yol, su, enerji infrastrukturunu yaxşılaşdırır. Yollar çəkilir, su xətləri yenilənir, elektriklə təminat yaxşılaşır. Bütün bunlar turizmin inkişafında mühüm rol oynayır.

Heç bir MDB ölkələrində Azərbaycanda olduğu qədər turizmə dəstək yoxdur. Dövlətin dəstəyi güclüdür. Gələcəkdə turizm sektoru neft-qaz sektorundan sonra iqtisadiyyatın əsas aparıcı qüvvəsinə çevriləcək”.

 

Vasif CƏFƏROV