Tovuzda güllələnən keçmiş vəkil dünyasını dəyişdi

13 Sentyabr 2019 10:08 (UTC+04:00)

Tovuz rayonunda güllələnən keçmiş vəkil dünyasını dəyişib.

Bu barədə Movqe.az-a Tovuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, bu gün səhər saatlarında güllələnən Firudin Ələkbərli xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.