Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

13 Sentyabr 2019 12:29 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.

Movqe.az xəbər verir ki, dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Təhsil naziri Ceyhun Bayramov Mərkəzdə yaradılan şəraitlə bağlı Prezident İlham Əliyevə məlumat verib.