Pirallahıda yol qəzası baş verib, ölən və yaralananlar var

13 Sentyabr 2019 10:54 (UTC+04:00)

Bakıda yol qəzası baş verib. 

Səhiyyə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, hadisə Pirallahı rayonunda Pirallahı qəsəbəsinin girişində qeydə alınıb. 

Belə ki, yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, üç nəfərə isə ilkin tibbi yardım göstərilib. Onlardan birinin vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.