“Qız bakirə deyilsə, evimə gətirmərəm”

13 Sentyabr 2019 21:16 (UTC+04:00)

Müğənni Manaf Ağayev APA TV-nin efirində qonaq olub.

Axşam.az xəbər verir ki, ifaçı müasirlik və adət-ənənələrimizdən bəhs edən proqramda müzakirəyə qoşulub.

Sənətçi yengə mövzusundan söhbət açıb:

“Qız bakirə deyilsə, həmin xanımı evimə gətirmərəm. Amma həyat yoldaşı rəhmətə gedibsə, xasiyyətləri uyğun gəlməyib ayrılıbsa, problem yoxdur. Təki oğlum sevsin, qəbulumdur. Cəmiyyət indi dəyişib, belə şeylərə pis baxmır. Elə adət-ənənələrimiz var ki, bizə yaraşmaz. Yengə lazım deyil. Burada çox şey var, efirdə demək olmur. Onun çox biabırçı izahını verərdim... Bunlar bir-birlərini sevib evləniblərsə, onun orada gözləməsinə nə ehtiyac var?”.

M.Ağayev oğlu Elçin ailə qurduqdan sonra onunla ayrı qalmağının səbəbini açıqlayıb:

“Evim çox böyükdür. Buna baxmayaraq, evlənəndə dedim ki, oğlum, ayrı qalın. Evin içində ev olmaz. Təzə cütlük rahat olmalıdır. Elçin nazirlikdə yaxşı vəzifədə işləyir. O, Manafın oğludur. Bu səbəbdən onlara müdaxiləm düzgün çıxmaz. Biz bir yerdə yaşasaq, istər-istəməz aramızda soyuqluq yaranacaq. Bu başdan ayrı qalsaq yaxşıdır. Allah şahiddir ki, gəlinimi oğlumdan da çox istəyirəm. Çox gözəl insandır. Bu səmimiyyətin qalmasını istəyirəm”.