Xaçmaz-Xudat yolunda ağır qəzada yaralanan şəxslərin VƏZİYYƏTİ

13 Sentyabr 2019 15:11 (UTC+04:00)

Bir neçə gün əvvəl Xaçmazda baş verən qəzada yaralanan şəxslər palataya köçürülüblər.

Bu barədə Trend-ə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasından bildiriblər.

Qeyd olunub ki, travmatologiya şöbəsində stasionar müalicə alan şəxslərdən yalnız biri 2017-ci il təvəllüdülü Axundova Nilay Mahir qızı reanimasiya şöbəsindədir:

"Nilay Axundovanın müalicəsi də müsbətə doğru davam edir. Böyük ehtimalla o da yaxın günlərdə reanimasiyadan palataya köçürüləcək".

Xatırladaq ki, Xaçmaz-Xudat yolunda baş verən yol qəzasında 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar 1963-cü il təvəllüdlü Tofik Məmmədrza oğlu Axundov, 1988-ci il təvəllüdlü Raziyə Beybut qızı Axundova, 2014-cü il təvəllüdlü Nuray Mahir qızı Axundova, 2017-ci il təvəllüdlü Nilay Mahir qızı Axundova və 1999-cu il təvəllüdlü Allahverdi Behbudovdur.