İlin sonunadək 6000-ə qədər məcburi köçkün yeni mənzillərə köçürüləcək

13 Sentyabr 2019 15:54 (UTC+04:00)

Qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması prosesi davam edir.

Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, bununla bağlı mütəmadi iş aparılır: "Cənab Prezidentin tapşırığına əsasən, bu ilin sonuna kimi 6000-ə qədər məcburi köçkün mənzillə təmin olunacaq".