Rövşən Rzayev: “Çıraqovlar və digərləri Ermənistana qarşı” prosesini davam etdirmək olar”

13 Sentyabr 2019 16:37 (UTC+04:00)

“Çıraqovlar və digərləri Ermənistana qarşı” prosesini davam etdirmək olar”.

Movqe.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə ədalətli mövqe tutub: “Məhkəmə bununla bağlı 2015-ci ildə qərar da qəbul edib. Düşünürəm ki, bu prosesi davam etdirmək olar. Amma bundan qabaq beynəlxaq qurumlar Dağlıq Qarbağ məsələsi ilə bağlı ədalətli mövqedən çıxış etməlidir. O cümlədən, ATƏT-in Minsk qurpunun həmsədri olan dövlətlər işğala son qoyulması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb etməlidir. Ondan sonra biz digər məsələlərlə bağlı müzakrələr apara bilərik”.