Gömrükçülər narkotik vasitə və psixotrop maddənin daxili orqanda keçirilməsinin qarşısını alıblar

14 Sentyabr 2019 16:01 (UTC+04:00)

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Movqe.az-a Dövlət Gömrük Komitəsindən verilən xəbərə ğörə, şəxsi yoxlama zamanı vətəndaşın üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Nəticədə vətəndaşın daxili orqanı-düz bağırsağından 2 ədəd sellofan bükümdə çəkisi 4,792 qram olan psixotrop maddə-metamfetamin, çəkisi 30,834 qram olan narkotik vasitə-heroin və 16 ədəd qəhvəyi rəngli üzərində F/M 40 nişanəsi olan həblər və 6 ədəd həb qırıntıları aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir və aşkar olunan həblərdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir.