Avtomobil qəzası bu gecə 500 abonenti qazsız qoyub

17 Sentyabr 2019 09:20 (UTC+04:00)

Gecə saatlarında Nizami rayonu N.Abdullayev küçəsində dairəvi formada qoşulmuş diametri 159 mm olan qaz xətti avtomobil qəzası zamanı qırılıb. Hadisəyə görə 500 abonentin qaz təminatı dayandırılıb. Səhər saatlarından qazın verilişi üçün bərpa işləri sürətləndirilib.