Ay heç bu qədər yaxın olmamışdı

7 May 2012 11:53 (UTC+04:00)

Dünya ilin ən böyük ayına şahidlik edib. Ay ilə yer arasındakı  məsafənin ən aşağı olduğu gündə ortaya bənzərsiz görünüşlər çıxıb.

Mövqe.az CNN-ə istinadən xəbər verir ki, dünya 2012-ci  ilin ən böyük ayını izləyib. 

Bütün il boyunca ay ilə yer arasındakı məsafə ən az səviyyəyə, 357 min kilometrə enib və ay normaldan 16 faiz daha böyük görünüb.

Ayın parlaqlığı isə 30 faiz artıb.

Gün batarkən göydə təsiredici bir görünüş yaranıb.

Hava qaralan zaman isə ayı daha da aydın müşahidə etmək mümkün olub.

Elm insanları ay ilə yer arasındakı məsafənin azalması səbəbi ilə təbii fəlakətlərin yaranma ehtimalının olduğunu söyləyiblər.

Lakin amerikalı alim Geza Gyuk ayın yaxınlaşması nəticəsində axıntıların yarana biləcəyini, amma zəlzələ və digər təbii fəlakətlərin baş verməsi ilə bağlı dəlil olmadığını bildirib.


Ziba Yusifova

Movqe.Az