Müxaləfət Putinə qarşı çıxdı

7 May 2012 12:01 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Rusiya dövlət başçısı Putin bugün 12:00-da baş tutacaq mərasimdən sonra rəsmi olaraq prezident kürsüsünə oturacaq, sələfi Dimitri Medvedyevi isə baş nazir təyin edəcək.

Lakin mərasimdən bir gün əvvəl Putinin əleyhdarları mitinq keçirib. Mitinqdə şiddətin artması mütəxəssisləri narahat edib. Putinin andiçmə mərasimi əsnasında da küçədə icazəsiz nümayiş keçirməyi planlayan qruplara polisin müdaxilə etməsi güman edilir.


Əfqanə Məzahirqızı

Mövqe.az