ELEKTRİK ŞƏBƏKƏSİNƏ ONLAYIN QOŞULMA XİDMƏTİ AZƏRBAYCANDA

18 Sentyabr 2019 15:08 (UTC+04:00)

  “Azərişıq” mütəxəssislərinin yaratdığı Elekltron Müraciətlərin İdarəolunması Sistemi vasitəsi ilə indi hər bir sahibkar onlayın qaydada obyektinə işıq çəkdirə biləcək.

“Azərishiq.az” saytına ordan isə Elektron Müraciətlərin İdarəolunması Sisteminə daxil olan sahibkar linki vurmaqla Elektron Hökumət portalına keçir və sistem digər dövlət qurumları ilə  inteqrasiya olunduğu üçün müraciət edən özünə aid məlumatları ümumi bazadan götürür.

Reyester və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin koordinatları ilə obyektə ən yaxın transformator məntəqəsi avtomatik müəyyənləşir.

Bununla da sahibkar tələb olunan gücü müəyyənləşdirib, qoşulma haqqını hesablayır və onlayn qaydada ödəyir. Nəticədə müraciət avtomatik icraata yönləndirilir və 20 gündən gec olmayaraq sahibkarın işığı yanır.