Millimizin FİFA reytinqində mövqeyi dəyişmədi

19 Sentyabr 2019 12:30 (UTC+04:00)

Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb.

Goal.az xəbər verir ki, siyahıda dəyişikliklər qeydə alınıb.

211 yığmanın yer aldığı cədvəldə Azərbaycan millisi yerində qalıb. Nikola Yurçeviçin yetirmələri AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uelsə məğlub olub (1:2), Xorvatiya ilə isə bərabərə qalıb (1:1). İki ay əvvəl açıqlanan reytinqdə olduğu kimi, yenə 109-cu pillədə qərarlaşan komandamız aktivinə əlavə 3 xal yazdırıb.

Dünyanın ən güclü 10 komandasının siyahısında komandalar arasında mövqe dəyişiklikləri olub. Belçika liderliyini qoruyubsa, Fransa ikinci pilləni yenidən Braziliyadan alıb.

İlk “onluq”

1 (1). Belçika – 1752

2 (3). Fransa – 1725

3 (2). Braziliya – 1719

4 (4). İngiltərə - 1662

5 (6). Portuqaliya – 1643

6 (5). Uruqvay – 1639

7 (9). İspaniya – 1631

8 (7). Xorvatiya – 1625

9 (8). Kolumbiya - 1622

10 (10). Argentina – 1614

Qeyd edək ki, qonşu Türkiyə millisi 1475 xalla siyahıda 1 pillə irəliləyərək, 36-cı yerdə qərarlaşıb.