Partlayışlar davam edir

7 May 2012 12:08 (UTC+04:00)

Mövqe.az  BBC-yə istinadən xəbər verir ki, Suriyanın ikinci böyük şəhəri olan Hələbdə meydana gələn partlayışda ən az beş nəfər həyatını itirib.

Suriyalı müxaliflərin verdiyi xəbərə görə, Suriya İnsan Haqqları adlı qurumun "Associated Press" Xəbər Agentliyinə  verdiyi məlumata görə partlayış şəhərin  bir avtoyuma servisində xidmətində meydana gəlib.

Hücum zamanı yaxınlıqdan keçən bir avtobusun hədəf alındığı söylənilib.

Hələbdə keçən cümə axşamı günü təhlükəsizlik güclərinin bir universitet yataqxanasında etdiyi basqında da ən az dörd adam həyatını itirib.

Paytaxt Şamda da baş verən iki partlayışda ölən və ya yaralanan olmasa da, maddi ziyan meydana gəlib.

Suriyada Ərəb Birliyi və Birləşmiş Millətlərin xüsusi nümayəndəsi Kofi Annanın vasitəçiliyi ilə  başlayan atəşkəsə qarşı  şiddətli hadisələri davam edir.



Ziba Yusifova

Movqe.Az