Sahil Babayev Qubada vətəndaşlarla görüşüb

19 Sentyabr 2019 16:00 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Quba şəhərində həmin şəhərin vətəndaşlarını qəbul edib.

Qəbuldan əvvəl S.Babayev və Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ümummilli lider Heydər Əliyevin Quba rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Vətəndaşlarla görüşdə əlilliyin qiymətləndirilməsi, onların bərpa müalicəsinə köməklik göstərilməsi, reabilitasiya vasitələri ilə təminat, əmək hüquqlarının müdafiəsi, məşğulluğun təminatı, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, həmçinin vətəndaşların bu və ya digər sosial təminat növünə hüququn müəyyən edilməsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlər görülüb. Müraciətlərinə uyğun olaraq, bir sıra vətəndaşların aktiv məşğulluq proqramlarına, reabilitasiya tədbirlərinə cəlb edilmələri tapşırılıb, ətraflı izahatlar verilib.