Vilayət Eyvazov idarə rəisini işdən azad ETDİ

20 Sentyabr 2019 10:05 (UTC+04:00)

Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə idarənin rəisi, polis polkovniki Şəmistan Kərimov təqaüdə göndərilib.

Onun yerinə hələ ki təyinat olmayıb.