Orxan Aysunla sevgili olması xəbərindən danışdı: "Anasından, bacısından xəbəri olmayan binamuslar..." - VİDEO

20 Sentyabr 2019 20:39 (UTC+04:00)

Tanınmış meyxanaçı Orxan Lökbatanlının model Aysu Bədəlzadə ilə sevgili olması xəbərləri medianın gündəmindən düşmür.

Movqe.az xəbər verir ki, redaktor.az-a açıqlama verən meyxanaçı bildirib ki, haqqında deyilənlər yalandır. O, heç kimlə sevgili deyil, ailəsində isə heç bir problem yoxdur:

"Aysunla olan fotolarımız klip çəkilişindəndir. Yaxın günlərdə həmin klipi təqdim edəcəyik. Aramızda heç bir sevgi münasibəti yoxdur".

Meyxanaçı həyat yoldaşının onunla bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib:

"Mənim həyat yoldaşım müsahibə verməyib. O, heç mobil telefon işlətmir, necə müsahibə verib?! Ailəm haqda yalan məlumat yazanlar başını daşa döyür. Hansısa binamusun haqqı yoxdur ki, kiminsə həyat yoldaşının adından nəsə yazsın...".

Orxan Lökbatanlının geniş açıqlamasını videodan izləyə bilərsiniz.