Bakıda naməlum kişi meyiti tapılıb

20 Sentyabr 2019 13:00 (UTC+04:00)

Bakıda naməlum kişi meyiti tapılıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, bu barədə Sabunçu Rayon Polis İdarəsinin 35-cı Polis Bölməsindən məlumat verilib. 

Belə ki, Sabunçu rayonu ərazisində yaşı, təxminən, 55-60 arası, boyu 160 sm olan naməlum kişi meyiti tapılıb. Arıq bədən qurluşlu, əynində qara idman şalvarı, qara ayaqqabı olub.

Şəxsi tanıyanlardan Sabunçu Rayon Polis İdarəsinin 35-cı Polis Bölməsinə və ya (055) 205 60 37nömrəsinə zəng vurmaları xahiş olunur.