Ağcəbədidə 1 yaşlı körpə naməlum səbəbdən dünyasını dəyişib

20 Sentyabr 2019 15:18 (UTC+04:00)

Ağcəbədi rayonunda 1 yaşlı uşaq dünyasını dəyişib.

“Report”un xəbərinə görə, hadisə rayonun Kəhrizli kəndində baş verib.

Belə ki, 2018-ci il təvəllüdlü Kamil Cəfərov yaşadığı Kəhrizli kəndində naməlum səbəbdən dünyasını dəyişib.

Hadisə ilə bağlı Ağcəbədi Rayon Prokurorluğunda araşdırma aparılır.