Kül olan fabrik zəhər saçır

7 May 2012 12:22 (UTC+04:00)

Taylandda kimyəvi məhsullar emal edilən fabrikdə yanğın baş verib.

Rayong bölgəsindəki fabrikdə çıxan yanğında 12 nəfər həyatını itirib,129-u isə yaralanıb.

Sağlamlıq Nazirliyi yanğında havaya yüksək nisbətdə zəhərli tüstü yayıldığını, fabrik ətrafındakı məskunlaşma yerlərinin boşaldıldığını bildirib və bölgədəki hava keyfiyyətinə nəzarət etmək üçün tədbirlər görüldüyünü açıqlayıb.


Ziba Yusifova

Movqe.Az