Nazirlik: Yüngül çəkili plastik torbaların ödənişli satışı ilə bağlı təkliflər razılaşdırma mərhələsindədir

21 Sentyabr 2019 14:05 (UTC+04:00)

Yüngül çəkili plastik torbaların satışı üçün ödənişli sistemin tətbiqi ilə bağli Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış təkliflər razılaşdırma mərhələsindədir.

Movqe.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib.

Onun sözlərinə görə, çox yüngül (pinqvin) torbaların ölkə ərazisində dövriyyəsinin qadağan olunması artıq razılaşdırma mərhələsini keçib: "Belə polietilen torbaların əvəzinə bazara alternativ məhsullar, ətraf mühit üçün zərərli olmayan kağız, parça torbalar çıxarılmalıdır".