Türkiyədə avtomobil qəzasında 10-dan çox insan yaralanıb

22 Sentyabr 2019 09:34 (UTC+04:00)

Türkiyənin Ərzurum vilayətində yüngül kommersiya avtomobili digər avtomobillə toqquşub.

Trend-in məlumatına görə, digər avtomobilləri keçməyə çalışan yüngül kommersiya avtomobili əks istiqamətdə hərəkət edən bir avtomobil ilə toqquşub. Bundan sonra başqa bir avtomobil arxadan kommersiya avtomobilinə çırpılıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib. Hadisə nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.