Ağsuda iki minik avtomobili toqquşub, xəsarət alan var

22 Sentyabr 2019 14:30 (UTC+04:00)

Ağsu rayonunun Növcü kəndində “VAZ" markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​