Saatlının mərkəzi küçələrində qəza səbəbindən qaz kəsilib

22 Sentyabr 2019 16:04 (UTC+04:00)

Bu gecə 03:30 radələrində Mersedes markalı avtomobil Saatlı rayonu M.F.Axundov küçəsindən keçən diametri 159 mm olan daşıyıcı qaz kəmərini zədələyib və kəmər bir yerdən qırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Movqe.az-a verilən məlumata görə, nəticədə Saatlı rayonunun H.Əliyev prospektinin bir hissəsi, E.Hüseynov və Cavanşir küçələrində 300 abonentin qaz təchizatı dayandırılıb.