"Deyirlər əri ölüb, saçını kəsdirir"

29 Sentyabr 2019 22:43 (UTC+04:00)

"Qayğıma çox qalırdı. Çəkilişdə məndən əvvəl studiyaya gedər, tapşırardı ki, soyuğu söndürün".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülbahar Şükürlü "Səhər-səhər" verilişində deyib. Qarmon ifaçısı dünyasını dəyişən həyat yoldaşından danışıb, kövrəlib:

"O, öləndən sonra kimsə gəlib təsəlli verəndə, evdən qovmaq istəyirdim. Elə bilirdim, ən böyük düşmənimdir. Deyirlər, həyat davam edir. Həyat yoldaşım ölüb, həyat necə davam edə bilər? Mənim üçün həyat davam etmir".

G.Şükürlü sosial şəbəkədə yazılan tənqidlərdən bəhs edib:

"Gedib saçımı kəsdirdim. Yazırlar ki, bəs deyirdin, onsuz yaşaya bilmərəm? Yoldaşı ölüb, saç kəsir. Çox pis oldum"