Alimlər südün sudan daha yaxşı olduğunu açıqladı

30 Sentyabr 2019 19:05 (UTC+04:00)

Şotlandiyalı alimlər iddia edir ki, süd sudan daha yaxşı orqanizmdə maye balansının saxlanılmasına imkan verir və susuzluqdan xilas edir. Mövqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq araşdırmalar "The American Journal of Clinical Nutrition" jurnalında dərc edilib.

Alimlər 13 içkini analiz edib. Məlum olub ki, süd susuzluğun öhdəsindən yaxşı gəlib. İçkinin tərkibində olan laktoza, zülal, yağ və natrium orqanizmdəki mayenin itirilməsini ləngidir.

Bununla belə, ekspertlər qeyd edib ki, orqanizmin normal işləməsi üçün adi su qəbulu da vacibdir.