"Whatsapp" bu telefonlarda işləməyəcək

1 Oktyabr 2019 19:08 (UTC+04:00)

1 fevral 2020-ci ildən etibarən "Whatsapp" tətbiqi köhnə əməliyyat sistemləri (OC) olan smartfonlarda işləməyəcək.

Unikal.org xəbər verir ki, müvafiq qərar mesajlaşma şəbəkəsinin rəsmi saytında dərc olunub.
 
Məhdudiyyətlər Android əməliyyat sistemləri üçün çalışan 2.3.7 qadcetləri və "iOS 8"lərə şamil ediləcək.

"Bu əməliyyat sistemlərini yeniləməyi planlaşdırmadığımız üçün bəzi funksiyalar istənilən vaxt həmin telefonlarda fəıaliyyətini dayandıra bilər",-deyə "Whatsapp" tətbiqinin yaydığı bəyanatda qeyd olunur. 

Bundan əlavə, 31 dekabr 2019-cu ildən etibaən "WhatsApp" tətbiqi "ОС Windows Phone"lərdə də işləməyəcək.